Pasterin mahnısındakı sözlər Dadonu özündən çıxardı – VİDEO

Pasterin mahnısındakı sözlər Dadonu özündən çıxardı – VİDEO

Dado Pasterə od püskürdü: “Üz-üzə gələcəyik, cavabını alacağam”

Reper Pasterin (Pərviz Quluzadə) yeni mahnısında həmkarı Dadoya (Səid Əliyev) söz atması tərəflər arasında gərginliyə səbəb olub.

Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, Dado Pasterin ünvanına sərt ittihamlar səsləndirib. O, reperin mahnısında onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini iddia edib.

Dado Pasterə müraciətində deyilənlərə əmin olub-olmadığını soruşaraq, onunla üz-üzə gələcəyini və səsləndirdiyi fikirlərə görə cavab verməli olacağını bildirib:

“Dediklərinə əminsən? Səninlə üz-üzə gələcəyəm, dediyin sözlərin cavabını alacağam. Səhv çıxsa, nə olacaq? Bütün Azərbaycana günahkar olduğunu bildirəcəksən? Qaşını qırxan, başına rəng qoyan oğlan, ağıllı ol, adam adama şər atmaz.

Onlarla bir yerdə çalışmışam, sənət dostlarımdır, dostluq da edirəm. Belə bomba oğlansansa, şou-biznesdə nə gəzirsən? Ağıllı ol. Bilməzdim mənim varlığım səni yandırır. Bir nömrəyəm, nə edim”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir