Pensiyaçılara şad xəbər: Artım gözlənilir

Pensiyaçılara şad xəbər: Artım gözlənilir

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanda orta aylıq pensiyanın gələn il 640 manat olacağı gözlənilir. Bu il üçün həmin göstərici 595 manat proqnozlaşdırılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Orta pensiya əməkhaqqının 50 faizindən az olmayacaq

Deputat bildirib ki, əvvəlki illərdə olduğu kimi, cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin 50 faizdən aşağı düşməməsi təmin ediləcək.

Onun sözlərinə görə, bu göstərici Beynəlxalq Əmək Təşkilatının sosial təminat üzrə minimum 40 faizlik norma ilə bağlı müvafiq konvensiyasının tələblərinə də cavab verir.

Minimum pensiya ilə bağlı meyar qorunacaq

Musa Quliyev qeyd edib ki, 2019-cu ildən etibarən əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün müəyyən edilən yaşayış minimumunu üstələyir.

Deputatın sözlərinə görə, bu meyar 2027-ci ildə də qüvvədə qalacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir