Oktyabrın 15-də Azərbaycanda qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Unikal”a məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 47-si borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

