Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, bununla bağlı artıq göstəriş verilib.
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, – Prezident bildirib.
İlham Əliyev əlavə edib ki, bu siyasət Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılması məqsədilə müntəzəm şəkildə həyata keçirilir.

