Prezident: Azərbaycanda siyasi və iqtisadi sabitlik 30 ildən çoxdur hökm sürür

Prezident: Azərbaycanda siyasi və iqtisadi sabitlik 30 ildən çoxdur hökm sürür

Xəbər Yerində Milli.az-a istinadən xəbər verir ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik mühüm amillərdən biridir.

Prezident İlham Əliyev bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

Prezidentdən sabitlik mesajı

Dövlət başçısı bildirib ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik artıq 30 ildən çoxdur hökm sürür.

Bakıda beynəlxalq investisiya forumu keçirilir

Qeyd edək ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Forum İqtisadiyyat Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.

Forum çərçivəsində keçirilən plenar iclas və panel sessiyalarında bir sıra strateji məsələlər müzakirə olunur.

Müzakirələrin əsas mövzuları arasında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar yer alır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir