Xəbər Yerində xəbər verir ki, Azərbaycan xarici dövlət borcunu bir gün ərzində tamamilə sıfırlaya bilər.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Xarici borc ÜDM-in 5,6 faizidir
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir.
Prezident qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident sabitlik və maliyyə sistemindən danışıb
İlham Əliyev həmçinin qeyd edib ki, hazırda siyasi və iqtisadi sabitlik mühüm amildir.
Dövlət başçısının sözlərinə görə, digər vacib amil Azərbaycanın güclü maliyyə sisteminə malik olmasıdır.

