Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.
Görüş zamanı Azərbaycanla Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu vurğulanıb.
Tərəflər, xüsusilə Azərbaycanın BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələləri müzakirə edib, bu istiqamətdə fikir mübadiləsi aparıblar.
Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunulub. Qeyd edilib ki, forum qlobal səviyyədə aktual məsələlərin müzakirəsi üçün mühüm imkan yaradacaq.
Tədbirin beynəlxalq nüfuzunun ildən-ilə artdığı da vurğulanıb.

