Rusiya Prezidenti Vladimir Putin və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndəriblər.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vladimir Putin məktubunda Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövlət vəzifəsində uğurlar arzulayıb.
Rusiya lideri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və ailə üzvlərinə salamlarını çatdırmağı xahiş edib.
İqor Babuşkin isə təbrik məktubunda Mehriban Əliyevaya möhkəm cansağlığı, rifah, xoşbəxtlik və fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
Həştərxan qubernatoru Azərbaycanla vilayət arasında əməkdaşlığın inkişafına göstərilən dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edib. Heç iki tərəfli əlaqələrin gələcəkdə də uğurla davam edəcəyinə və yeni birgə layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

