Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, ötən gün Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Liderlər Zirvə Görüşü keçirilib.
Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi sammitdə təbii qazın iqtisadi inkişafda rolu və qlobal enerji sektorunun qarşılaşdığı çətinliklər müzakirə olunub.
Zirvədə iştirak edən liderlər arasında Mozambik Prezidenti Daniel Çapo da yer alıb. O, Moskva səfəri zamanı çəkilən fotoları sosial şəbəkə hesabında paylaşıb.
Sammitdə çəkilən şəkillərdən biri isə liderlər arasındakı boy fərqinə görə diqqət çəkib. Fotodan sonra Vladimir Putinin boyu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Bununla belə, fotonun məhz bu fərqi qabartmaq məqsədilə çəkildiyi və ya paylaşıldığı barədə təsdiqlənmiş məlumat yoxdur.

