“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, məsələ ilə bağlı XİN tərəfindən Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır.
Hazırda Azərbaycan vətəndaşlarına zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görülür.
Bundan əlavə, hücum nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının cənazələrinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

