Qaradağdakı korrupsiya işi: Məhkumlar azadlığa çıxırlar

Qaradağdakı korrupsiya işi: Məhkumlar azadlığa çıxırlar

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Nadir Muradovun və onunla birlikdə məhkum edilmiş Qafar Abdullayevin həbs müddəti azaldılıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hər iki məhkumun şikayətinə baxaraq qərar qəbul edib.

Həbs müddəti 3 ay azaldıldı

Nadir Muradov və Qafar Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmlə razılaşmayan məhkumlar apellyasiya şikayəti verərək həbs cəzasının dəyişdirilməsini istəyiblər.

Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, hər iki şəxsin həbs müddəti 1 il 3 aydan 1 ilə endirilib.

Onlar ötən il oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.

Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir neçə vəzifəli şəxs həbs olunub.

Hadisədən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. O, açıqlamasında cinayət işi ilə əlaqəsinin olmadığını və istintaqa ifadə vermədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir