Milli Qəhrəman İbad Hüseynov Gürcüstanda saxlanıldı

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanda saxlanıldı

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstana səfəri zamanı hava limanında saxlanılıb.

Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, bu barədə İbad Hüseynovun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilib ki, oktyabrın 22-də Gürcüstana səfər edən İbad Hüseynov hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə girişinə icazə verilməyəcəyi barədə xəbərdarlıq edilib.

Məlumata əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra Milli Qəhrəman sərbəst buraxılıb.

Qeyd edək ki, İbad Hüseynov oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə yollanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir