Qatarın vurduğu kişi həyatını itirdi

Qatarın vurduğu kişi həyatını itirdi

Atbulaq–Pirsaat istiqamətində hərəkətdə olan sərnişin qatarının qarşısına qəfil çıxan piyada faciəvi şəkildə həyatını itirib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, naməlum kişi dəmir yolu xəttinə qəfil daxil olub. Maşinist dərhal təcili əyləcləmə tətbiq etsə də, məsafə qısa olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

ADY vətəndaşlara müraciət edərək bir daha dəmir yolu xətlərini yalnız müəyyən olunmuş keçidlərdən keçməyə və təhlükəli davranışlardan çəkinməyə çağırıb.

Qurum xatırladıb ki, sürücü və piyadaların ehtiyatsızlığı, tələskənliyi və qaydalara əməl etməməsi ağır nəticələrə səbəb ola bilər. Həmçinin bildirilib ki, dəmir yolu təhlükəsizliyi qaydalarının pozulması inzibati məsuliyyət yaradır.

Mənbə: Azxəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir