Xəbər Yerində xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kəndində 1 yaş 2 aylıq uşaq qəfil vəfat edib.

Məlumata görə, I Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun nəvəsi Müjgan Ülvi qızı Məmmədlinin hərarəti yüksəlib.
Ailə üzvləri uşağın vəziyyəti ilə bağlı təcili tibbi yardıma müraciət ediblər. Lakin tibbi briqada hadisə yerinə çatana qədər uşaq vəfat edib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Mənbə: Qafqazinfo

