Qubada 7 kiloqram marixuana ilə saxlanılan şəxs həbs edilib-FOTO

Qubada 7 kiloqram marixuana ilə saxlanılan şəxs həbs edilib-FOTO

Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda marixuana aşkarlanıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb.

Onun üzərində aparılan baxış zamanı 7 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş. Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir