Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
Hadisə Rustov kəndində baş verib.
1963-cü il təvəllüdlü kənd sakini İsmət Mustafayev yaşadığı evin həyətində qoz ağacından yıxılıb.
Ağır xəsarətlər alan kişi hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

