ABŞ-ın Minneapolis şəhərində Quran yandırmaq cəhdləri və İslam əleyhinə çıxışları ilə tanınan Jake Langın keçirmək istədiyi aksiya zamanı qarşıdurma baş verib.
Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, hadisə Minneapolis meriyasının qarşısında qeydə alınıb.
Məlumata görə, Quran yandırmaq təşəbbüsləri ilə gündəmə gələn Jake Langın əraziyə gəlməsindən sonra əks mövqeli etirazçılar onun ətrafına toplaşıblar. Gərginlik qısa müddətdə fiziki qarşıdurmaya çevrilib.
Bu zaman “Hörümçək-adam” kostyumu geyinmiş bir etirazçı Langın olduğu pikapın kuzovuna çıxaraq onunla əlbəyaxa olub. Polis əməkdaşları müdaxilə edərək kostyumlu etirazçını avtomobildən uzaqlaşdırıb və saxlayıb.
Hadisə ilə bağlı Jake Lang da daxil olmaqla ümumilikdə 11 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

