Baş nazir Əli Əsədov dövlət adından yaradılan və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxslərin rəhbər vəzifələri üzrə aylıq vəzifə maaşlarını müəyyən edib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, qərara əsasən, publik hüquqi şəxsin rəhbərinin aylıq vəzifə maaşı 3 600 manat, rəhbər müavininin aylıq vəzifə maaşı isə 3 115 manat təşkil edəcək.
Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

