Məktəbdə xəsarət alan 12 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir

Məktəbdə xəsarət alan 12 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir

Bakıda 94 nömrəli tam orta məktəbin ikinci mərtəbəsindən yıxılan 12 yaşlı şagirdin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, TƏBİB-in məlumatına görə, şagirdə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Şagird reanimasiya şöbəsində müalicə alır

Hadisədən sonra Sabunçu Tibb Mərkəzinə aparılan azyaşlıya ilkin tibbi yardım göstərilib. Daha sonra o, Kliniki Tibbi Mərkəzə köçürülüb. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hadisə necə baş verib?

Qeyd edək ki, hadisə bu gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi tənəffüs zamanı binanın ikinci mərtəbəsinin pəncərəsindən yıxıldıqdan sonra baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə də söhbətlər aparılır. İctimaiyyətdən araşdırmanın nəticələrini gözləmək və rəsmi məlumatlara istinad etmək xahiş olunub.

Daha əvvəl yayılan məlumatlarda hadisənin səbəbləri ilə bağlı müxtəlif iddialar yer alıb. Bu məlumatlar aidiyyəti qurumlar tərəfindən rəsmi təsdiqlənməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir