“Roşka”ya 5 il həbs cəzası tələb edildi

“Roşka”ya 5 il həbs cəzası tələb edildi

Xəbər Yerində xəbər verir ki, “TikTok” platformasında “Roşka” adı ilə tanınan Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclas zamanı dövlət ittihamçısı çıxış edərək Rövşən Süleymanov barəsində cəza istəyib.

Prokurorun tələbi

Prokuror “Roşka”nın Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsini və 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttiham maddəsi satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq xeyli miqdarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və ya daşınması əməllərinin külli miqdarda törədilməsini nəzərdə tutur.

Məhkəmədə növbəti mərhələ

Müdafiə tərəfinə çıxışa hazırlaşması üçün bir neçə saat vaxt verilib.

Məhkəmə prosesinin növbəti mərhələsində müdafiə tərəfinin çıxışının dinlənilməsi gözlənilir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir