Rusiya ordusunun Kiyevin enerji infrastrukturuna endirdiyi zərbələr Ukrayna paytaxtında elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Insider UA” “Telegram” kanalı məlumat yayıb.
Kanal hücumdan sonra Kiyevin qaranlığa qərq olduğu anları əks etdirən görüntülər paylaşıb. Məlumatda elektrik enerjisinin kəsilməsi ilə yanaşı, su təchizatında da problemlərin yarandığı qeyd olunub.
Bildirilib ki, paytaxtın Darnitski, Dneprovski, Peçerski, Solomenski və Qoloseyevski rayonlarında elektrik enerjisinin verilməsi dayandırılıb.

