Rusiya Ukraynanın bir sıra şəhərlərinə zərbələr endirib

Rusiya Ukraynanın bir sıra şəhərlərinə zərbələr endirib

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev, Odessa və digər şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Məlumata görə, Kiyevin Dnepr rayonunda qeyri-yaşayış obyektində güclü yanğın baş verib. Darnitski rayonunda isə transformator yarımstansiyasında alovlanma qeydə alınıb.

Partlayışlar Odessa vilayətinin İliçevsk şəhərində də baş verib. Bildirilir ki, burada Qara dənizin ən iri limanlarından biri yerləşir.

Bundan başqa, Rusiya qüvvələrinin Zaporojye, Sumı, Çerniqov vilayətinin Nejin şəhəri, eləcə də Dnepropetrovsk vilayətinin iri dəmir yolu qovşaqlarından biri hesab olunan Apostolovo şəhərinə də zərbələr endirdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl də Rusiya ordusunun iyulun 9-u və 10-da Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi obyektlərə silsilə hücumlar həyata keçirdiyi barədə məlumat yayılmışdı.

Mənbə: Rusiya mətbuatı

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir