Rusiyada bilik günü anaların geyimi gündəm oldu-FOTO

Rusiyada bilik günü anaların geyimi gündəm oldu-FOTO

1 sentyabrda övladlarını məktəbə gətirən bəzi anaların cəsarətli geyim seçimləri Rusiyada müzakirələrə səbəb olub.

Xəbər Yerində xəbər verir ki, Rusiyada milyonlarla şagird 1 sentyabr – Bilik Günü münasibətilə yeni tədris ilinə başlayıb. Ölkənin müxtəlif bölgələrində məktəblərdə şagird, müəllim və valideynlərin iştirakı ilə ənənəvi tədbirlər keçirilib.

Şagirdlərdən çox anaların geyimi müzakirə edildi

Bəzi məktəblərdə keçirilən mərasimlərdə isə diqqət şagirdlərdən valideynlərə yönəlib. Övladlarını məktəbə gətirən bəzi anaların mini ətək, uzun corab, krujeva və korset detallı geyimlərə üstünlük verməsi sosial şəbəkələrdə geniş müzakirə olunub.

“Məktəbə uyğun deyil” – “Şəxsi seçimdir”

Paylaşımlara münasibət bildirənlər arasında fikir ayrılığı yaranıb. Bir qrup bu cür geyimlərin məktəb mühitinə uyğun olmadığını düşünür. Digərləri isə anaların geyiminin şəxsi seçim olduğunu bildirərək onları tənqid etməyin düzgün olmadığını vurğulayıb.

1 sentyabr üçün daha klassik geyimlər tövsiyə olunur

Rusiyada məktəb açılışı mərasimlərində valideynlər üçün vahid geyim qaydası tətbiq edilmir. Bununla belə, moda mütəxəssisləri Bilik Günü üçün daha sadə, klassik və ölçülü geyimləri tövsiyə edirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir