Rusiyanın Sumıya endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub

Rusiyanın Sumıya endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub

Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi aviazərbə nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Şəhərdə yerləşən kafelərdən birinin müşahidə kameraları partlayış anını qeydə alıb. Kadrlarda partlayış səsləri eşidilən kimi insanların yerə uzandığı, təhlükə keçdikdən sonra isə əraziyə qaçaraq sığındığı görünür.

Sumının meri Artem Kobzar bildirib ki, hücum zamanı həlak olanlar arasında 13 yaşlı qız da var. Onun sözlərinə görə, şəhərə idarəolunan aviasiya bombaları ilə zərbə endirilib.

Mənbə: BBC

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir