Şəkidə çaqqal 4 nəfərə hücum etdi

Şəkidə çaqqal 4 nəfərə hücum etdi

Xəbər Yerində xəbər verir ki, Şəki şəhərində dörd nəfər çaqqalın hücumuna məruz qalıb.

Hadisə bu gün səhər saatlarında M.Ə.Rəsulzadə prospektində qeydə alınıb.

Belə ki, 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirli küçədə çaqqalın hücumuna məruz qalaraq dişləniblər.

Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi tibb müəssisəsində davam etdirilir.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir