Oktyabrın 24-də Azərbaycanda bəzi ərazilərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı gözlənilir.
Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir buludluluğun artacağı, havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-17°, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv və güclü leysan xarakterli olacaq. Şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağması mümkündür.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 13-17°, gündüz 18-22° isti, dağlıq ərazilərdə gecə 5-9°, gündüz isə 9-14° isti olacaq.

