Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı narıncı, bir sıra bölgələrdə isə sarı xəbərdarlıq verilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.
Sarı xəbərdarlıq isə Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edir.
Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.

