Sabah Bakıda yağış yağacaq, dağlara qar düşəcək

Sabah Bakıda yağış yağacaq, dağlara qar düşəcək

Xəbər Yerində xəbər verir ki, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimal edilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Rayonlarda leysan, şimşək və dolu gözlənilir

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə isə duman olacağı gözlənilir.

Bölgələrdə mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5, gündüz isə 5-9 dərəcə isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir