Azərbaycanda oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir buludluluğun artacağı, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19°, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Rayonlarda intensiv leysan və dolu ehtimalı var
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağması da mümkündür.
Gündüz yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 16-20°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti olacaq.

