“Şaban” obrazını oğlu yenidən canlandıracaq

“Şaban” obrazını oğlu yenidən canlandıracaq

Xəbər Yerində xəbər verir ki, Türkiyə kinosunun məşhur komediya ekran əsərlərindən olan “Şabanoğlu Şaban” filminə davam çəkiləcək.

Yeni layihə “Şabanoğlu Şabanoğlu Şaban” adı ilə ekranlaşdırılacaq. Filmdə vaxtilə “Şaban” obrazını canlandıran mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunal baş rolda olacaq.

1977-ci ildə tamaşaçılara təqdim edilən və illərdir türk kinosunun klassik nümunələrindən sayılan filmin davamı ilə “Şaban” obrazının yeni nəsil macəraları başlayacaq.

Ekran əsərinin rejissoru Can Ulkay olacaq. Çəkilişlərin ayın sonunda start götürməsi planlaşdırılır.

Hazırda filmdə rol alacaq digər aktyorların müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir