Hikmət Hacıyev Qarabağ Universitetindən danışdı: “Yenidən oxumaq istəyirsən”

Hikmət Hacıyev Qarabağ Universitetindən danışdı: “Yenidən oxumaq istəyirsən”

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri zamanı Qarabağ Universiteti ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, universitetə hər il qəbul zamanı yüksək nəticə göstərən abituriyentlər üstünlük verirlər.

“Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir”, – deyə Hacıyev vurğulayıb.

Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov isə universitetin inkişafının davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, yaxın zamanda ali məktəbin yeni korpuslarının istifadəyə verilməsi nəzərdə tutulur.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da Qarabağ Universitetinin beynəlxalq əlaqələrinin genişləndirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, universitet xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə tərəfdaşlıq münasibətləri qurur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir