Mingəçevir və Zərdabın sabiq icra başçısı Lütvəli Babayevin oğluna məxsus 2 milyon manatlıq əmlakı ələ keçirməkdə ittiham olunan şəxslərin məhkəməsi davam edir.
Xəbər Yerində Oxu.az-aza istinadən xəbər verir ki, sonuncu məhkəmə iclasında sabiq icra başçısının həyat yoldaşı Rübabə Babayeva şahid qismində ifadə verib. O, əsasən Ehtiram Kərimovdan şikayətçi olduğunu bildirib.
İttihama görə, Babəli Babayev Türkiyəyə getdikdən sonra əmlakını idarə etmək üçün Aruz Əliyev və Ehtiram Kərimova etibarnamə verib.
Lakin təqsirləndirilən şəxslər iki milyon manatlıq əmlakı sataraq əldə olunan vəsaiti öz maraqları üçün xərcləməkdə ittiham olunurlar.
İş üzrə məhkəmə prosesi davam edir.

