Sosial şəbəkələrdə sürücünün yolda təhlükəli manevrlər etdiyini əks etdirən görüntülər yayılıb.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, kadrlarda gecə saatlarında avtomobili yüksək sürətlə idarə edən şəxsin riskli hərəkətlər etdiyi görünür.
Sürücü hərəkət zamanı avtomobili 360 dərəcə fırladaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.
Görüntülərin hansı ərazidə çəkildiyi və sürücü barəsində hər hansı tədbir görülüb-görülmədiyi məlum deyil.

