Şabranda narkotik tərkibli bitkiləri qanunsuz yetişdirməkdə şübhəli bilinən 60 yaşlı şəxs saxlanılıb.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı Sahib İbrahimov tutulub.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.


