Sabunçuda güclü yağış küçələri gölə çevirdi – VİDEO

Sabunçuda güclü yağış küçələri gölə çevirdi – VİDEO

Sabunçu rayonunun bir neçə ərazisində yağan güclü yağış küçələrdə su basmasına səbəb olub.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, xüsusilə Zabrat qəsəbəsində vəziyyət daha ciddi hal alıb. Yağıntıdan sonra küçələrdə suyun səviyyəsi yüksəlib və bu, həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi çətinlik yaradıb.

71 nömrəli tam orta məktəbin yerləşdiyi küçədə də suyun çoxalması səbəbindən nə piyadaların, nə də nəqliyyat vasitələrinin normal hərəkəti mümkün olub.

Qeyd edək ki, hazırda Bakıda yağışlı və küləkli hava hökm sürür. Meteoroloji proqnoza əsasən, gün ərzində paytaxtda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir