Yağış Xırdalanda yolu çökdürdü, avtobus çuxura düşdü

Yağış Xırdalanda yolu çökdürdü, avtobus çuxura düşdü

Abşeron rayonunun Xırdalan şəhərində sərnişin avtobusu yolda yaranan çuxura düşərək hərəkətsiz qalıb.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, axşam saatlarından başlayan yağışın təsiri ilə yolun kənarında çökmə baş verib. Nəticədə 135 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yaranmış çuxura düşüb.

Yayılan videodan avtobusun yolun çökmüş hissəsində qaldığı görünür.

Həmin görüntüləri təqdim edirik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir