Samur-Abşeron kanalında batan 2010-cu il təvəllüdlü Fərid Osmanovun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yeniyetmənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 kilometr aralıda, kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

