Xəbər Yerində xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarkisyanla bağlı yeni cinayət işi açıb.
Ermənistan mediasının məlumatına görə, Sarkisyan 2004-cü ildə bazar qiymətindən aşağı qiymətə həyata keçirilmiş iri daşınmaz əmlak sövdələşməsində iştirakda şübhəli bilinir.
Əmlak 500 min dollara satılıb
Bildirilir ki, Serj Sarkisyanın müdafiə naziri olduğu dövrdə nazirliyin balansında olan “Vana Liç Dıraxt” istirahət zonası fiziki şəxsə 500 min dollara satılıb.
Lakin özəlləşdirmədən cəmi bir il sonra həmin əmlakın bazar dəyəri 700 min dollar qiymətləndirilib.
Bundan əlavə, əmlakın heç bir hüquqi və müqavilə əsası olmadan fiziki şəxsə icarəyə verildiyi bildirilir.
Daha sonra həmin əmlak 115 milyon dram – hazırkı məzənnə ilə təxminən 314 min dollar qarşılığında həmin şəxsin mülkiyyətinə keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: Apa

