“Xəbər Yerində” Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sezen Aksunun səhhətində yaranan problem səbəbilə xəstəxanada müalicə aldığı bildirilib.
Sənətçinin İstanbulun Nişantaşı ərazisində yerləşən özəl xəstəxanalardan birinə müraciət etdiyi məlum olub.
Sezen Aksuya biopsiya aparılıb
Məlumata görə, müayinə zamanı Sezen Aksuya biopsiya aparılıb. Müğənni üç gün ərzində həkim nəzarətində saxlanıldıqdan sonra xəstəxanadan evə buraxılıb.
Hazırda sənətçinin səhhətinin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

