Sabah Şirvan şəhəri, eləcə də Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Saat 10:00-dan qaz olmayacaq
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.
Fasilə Şirvan şəhərinin Bayramlı qəsəbəsini, Sabirabad rayonunun bir hissəsini, həmçinin Saatlı və İmişli rayonlarının bəzi ərazilərini əhatə edəcək.
Qazın verilişi aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.

