Xəbər Yerində xəbər verir ki, 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “BakuBus” sürücüləri maraqlı musiqi kompozisiyası hazırlayıblar.
Sürücülər məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısını birlikdə ifa ediblər.
Mahnını 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov səsləndirib. Onu tar ifasında 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, piano ilə isə 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.
Qeyd edək ki, sözləri Südabə Şəfaya, musiqisi Nüşabə Muradovaya məxsus olan mahnının ən məşhur ifaçılarından biri Elmira Rəhimovadır.
Mənbə: Report.az

