Şükufə Yusupovanı piyada keçidində maşın vurdu: vəziyyəti ağırdır

Şükufə Yusupovanı piyada keçidində maşın vurdu: vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, xalq artisti Şükufə Yusupova qəzaya düşüb.

Hadisənin təfərrüatı məlum olub.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, xalq artistinin bacısı oğlunun sözlərinə görə, Şükufə Yusupovanı dünən “İçərişəhər” metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən avtomobil vurub.

Qəza nəticəsində onun qabırğaları və çanaq sümüyü sınıb, öd kisəsi isə zədələnib.

Hazırda xalq artisti Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir