Xətai rayonunun Ağ Şəhər ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gecə saat 23:30 radələrində Ağ Şəhər kompleksi, 3-cü Şərq küçəsində qeydə alınıb. “OUD Baku” restoranının qarşısında baş verən qəza zamanı 7 avtomobil toqquşub.
Toqquşma nəticəsində “Range Rover”, “Porsche”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı avtomobillərə ciddi ziyan dəyib.
İlkin məlumata görə, qəzaya avtomobillərdən birinin idarəetmədən çıxması səbəb olub.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:

