Xəbər Yerində DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 11 kiloqram narkotik vasitə aşkarlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.
Narkotikləri xarici ölkə vətəndaşından əldə edib
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə edib.
C.Qasımlının narkotik vasitələri paytaxt ərazisində yaymaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

