Xəbər Yerində xəbər verir ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələlərindən olub.
Həmin döyüşlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları da iştirak edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.
Onların döyüş yolu şəhidlərin qəhrəmanlığı, qazilərin göstərdiyi şücaət və hərbi qulluqçuların fədakarlığı ilə Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birini təşkil edir.
Döyüşlərdə iştirak edən hərbçilərin keçdiyi yol və göstərdikləri xidmətlə bağlı daha ətraflı məlumatı AZƏRTAC-ın hazırladığı videomaterialdan izləmək mümkündür.
Mənbə: Azəertac

