İsveçdə magistral yolda hərəkətdə olan və içərisində 50-yə yaxın sərnişinin olduğu avtobusun sürücüsü qəfil huşunu itirib.
Sərnişinlərdən biri – Mariya Xyelte dərhal sürücünün köməyinə qaçaraq sükanı idarə edib və avtobusun xəndəyə aşmasının qarşısını alıb. Daha sonra digər sərnişin Nirandjan Nityanandam ona kömək edib. Onlar birlikdə avtobusu təhlükəsiz şəkildə saxlayıblar.
Hadisə zamanı heç kim xəsarət almayıb.
Nirandjan Nityanandamın sözlərinə görə, Mariyanın çevik reaksiyası olmasaydı, hadisə faciə ilə nəticələnə bilərdi.

