Sürücü tutma keçirdi, avtomobil dirəyə çırpıldı – iki yaralı

Sürücü tutma keçirdi, avtomobil dirəyə çırpıldı – iki yaralı

Bakının Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “Kia Optima” markalı avtomobil yolun ortasındakı arakəsmədə yerləşən işıq dirəyinə çırpılıb.

Qəzaya səbəb avtomobili idarə edən şəxsin epileptik tutma keçirməsi olduğu ehtimal olunur.

Toqquşma nəticəsində nəqliyyat vasitəsində olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində həm avtomobilə, həm də işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir