Ucar rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Bərdə sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən velosipedçini vurub.
Toqquşma nəticəsində velosipedçi ağır xəsarətlər alıb. Yaralıya tibbi yardım göstərmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Qəzanın başvermə səbəbləri araşdırılır, faktla bağlı müvafiq araşdırma aparılır.
Mənbə: Apa

