Sərhədi keçən azərbaycanlı çobanla bağlı rəsmi açıqlama yoxdur

Sərhədi keçən azərbaycanlı çobanla bağlı rəsmi açıqlama yoxdur

Azərbaycan vətəndaşı olan çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu bildirilir.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Berd rayonundakı mənbələrinə əsaslanaraq hadisə barədə məlumat yayıb.

Bölgə sakinlərinin iddialarına görə, azərbaycanlı çoban Tavuş vilayətinin Çinari kəndi yaxınlığında sərhəd xəttini keçərək Ermənistan ərazisinə daxil olub.

İlkin məlumatlarda onun Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı qeyd edilir.

Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir