Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı şəhər inkişafı ilə bağlı layihənin icrasına dair sazişi təsdiqləyib.
Dövlət başçısının imzaladığı fərmana əsasən, Azərbaycan Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi təsdiq edilib.
Saziş 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanıb.
Sənəd qüvvəyə mindikdən sonra layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmin edəcək.
Fərmana əsasən, Xarici İşlər Nazirliyi də sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə BMT-nin Məskunlaşma Proqramının Katibliyinə məlumat göndərəcək.
Fərman 10 sentyabr 2026-cı ildə imzalanıb.

